L'Impero Seasonless Fashion Brand
www.limpero.net
limpero_net
Bu günə qədər iş prosesindən ən çox zövq aldığım loqolardan biridir. Məqsəd sifarişçinin cane-corso cins itini loqoda pafossuz, amma xarizmatik və eyni zamanda reallıqda olduğu kimi təsvir etmək idi.
İtin real fotoları və internetdən tapdığım cane corso fotoları əsasında bir neçə işlək eskiz çəkmişdim, amma hər birini sevə-sevə. :) İtin defoltdan gələn həm kədərli, həm yorğun, həm də diqqətli baxışı üçün isə düz bir gün əlləşmişdim. Rəssamlıqla ciddi məşqul olmadığımdan belə işlərdə həmişə çətinlik çəkirəm, çünki kompozisiyanı qurmaq, istiqamətləri və perspektivləri düzgün təsvir etmək, obyektlərin realistik təmas və dayanışlarını göstərmək vərdiş halında olmadığına görə dəhşət çox vaxt aparır.
Tipoqrafiya hissəsi sıfırdan yığılıb. Hərflər gəncliyimiz kimi kazual, azad, yüksək məqsədlərə hədəfli və bir az özündən razıdır.
Onlayn maqazin artıq bir ilə yaxındır fəaliyyətdədir.
#branding #logo #logotype #typography #canecorso #design